RU

Tehranda Gülüstan sarayına ziyan dəydi

ain.az bildirir, Axar.az portalına istinadən.

İranın paytaxtı Tehran şəhərində yerləşən Gülüstan saray muzeyinə hava hücumları nəticəsində ziyan dəyib.

Kult.az xəbər verir ki, bu barədə Tehran Şəhər Şurasının Turizm Komitəsi məlumat yayıb.

Məlumata görə, tarixi əşyalar artıq təhlükəsiz saxlama yerinə köçürülüb.

“Təəssüf ki, partlayış dalğası güzgü işlərinə, qapı və pəncərələrə, köhnə tarixi qapılara zərər vurub”, - Şəhər Şurası bildirib.

Qeyd edək ki, Gülüstan sarayı XVI əsrdə Səfəvi şahı I Təhmasib tərəfindən inşa edilib və Qacarlar sülaləsi tərəfindən iqamətgah kimi istifadə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
52
1
axar.az

2Источники