RU

Budapeştdə “Bəşəriyyətin əks-sədaları: Xocalını xatırlayırıq 1992” adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Macarıstanın paytaxtı Budapeşt şəhərində Xocalı Soyqırımının34-cü ildönümünə həsr olunan “Bəşəriyyətin əks-sədaları: Xocalınıxatırlayırıq 1992” (“Echoes of Humanity: Remembering Khojaly 1992”)adlı anım tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumatagörə, anım mərasimi Azərbaycan Respublikasının MacarıstandakıSəfirliyində baş tutub. Tədbir Səfirliyin və Azərbaycan DiasporGənclərinin Macarıstan nümayəndəliyinin birgə təşkilatçılığı iləgerçəkləşdirilib.

Tədbirdə Macarıstanda yaşayan müxtəlif ölkələrdən - Çin, Fransa,Hindistan, Qazaxıstan, Pakistan, Misir, Türkmənistan və Türkiyədənolan gənclər, ADG-nin Macarıstan qrupu nümayəndələri, diplomatlarvə digər dəvətli qonaqlar iştirak ediblər.

Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə vəsəlahiyyətli səfiri Tahir Tağızadə 1992-ci ilin fevralın 25-dən26-na keçən gecə ermənilərin Xocalıda törətdiyi vəhşiliyin insanlıqəleyhinə cinayət kimi tarixə düşdüyünü bildirib. Azərbaycandövlətinin və xalqının ədalətin bərpası və həqiqətlərin dünyayaçatdırılması üçün əzmkarlıq göstərdiyini vurğulayıb.

Proqram çərçivəsində “Xocalıya ədalət!” beynəlxalq kampaniyasıvə Xocalıda baş verən hadisələr barədə faktlara əsaslananməlumatlar verilib. Tələbə Məhəmməd Cəfərovun fortepianodamüşayiəti ilə faciəni əks etdirən vizual materiallar nümayişolunub.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə Böyük QayıdışProqramı çərçivəsində doğma yurdlarına qayıdan və hazırda Xocalıdayaşayan ailələr haqqında görüntülər təqdim edilərək dirçəliş vəümid mesajı verilib.

“Echoes of Humanity” adlı anım tədbiri bir daha nümayiş etdiribki, tarixi yaddaşın yaşadılması yalnız bir xalqın deyil, bütünbəşəriyyətin mənəvi məsuliyyətidir. Gənclərin fəal iştirakı iləkeçirilən tədbir həmrəyliyin, humanizmin və sülh çağırışınınifadəsinə çevrilib.

Budapeştdə
Budapeştdə
Budapeştdə
Budapeştdə
Budapeştdə
Budapeştdə
Budapeştdə
Избранный
27
az.trend.az

1Источники