Bakı. Trend:
İsrailin Hayfa şəhərində Xocalı soyqırımının 34-cü ildönümünəhəsr olunan klassik musiqi axşamı keçirilib. Tədbir AzərbaycanDiasporuna Dəstək Fondunun dəstəyi və Hayfa Simfonik Orkestrinintəşkilatçılığı ilə Krieger adına İfaçılıq Sənətləri Mərkəzində (TheKrieger Center for the Performing Arts) təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə veriln məlumatagörə, əvvəlcə Vətənin azadlığı və bütövlüyü uğrunda şəhid olanqəhrəman Vətən oğullarının və Xocalı soyqırımı qurbanlarının əzizxatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Respublikasının Xalq artisti, dirijorYalçın Adıgözəlov Xocalı faciəsi haqqında iştirakçılara ətraflıməlumat verib. 1992-ci ilin 26 fevral gecəsində xalqımızın başınagətirilən müsibətləri xatırladıb. Xocalı soyqırımına dair videoçarxnümayiş olunub.
Tədbirin bədii hissəsində Yalçın Adıgözəlovun rəhbərliyi iləHayfa Simfonik Orkestrinin ifasında Azərbaycan bəstəkarları –Üzeyir Hacıbəyli, Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov, TofiqQuliyev, Arif Məlikov, Vasif Adıgözəlov və digər müəlliflərinəsərləri səsləndirilib. Solistlər – Kamelia İoffe, Lev Solodnikovvə Aleksandr Kotlyarın çıxışları iştirakçılara duyğulu anlaryaşadıb.