RU

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq

Bakı, 3 mart, AZƏRTAC

Avropa İttifaqı qarşıdakı dövrdə də Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq. Azərbaycanın Avropaya qaz tədarükü Avropa İttifaqında asılılıqların daha da azaldılması üçün mühüm dayaqlardan biri olacaq.

AZƏRTAC xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun Enerji Platforması Qrupunun direktoru Kristina Lobilyo Cənub Qaz Dəhlizi sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son illərdə dünyada geosiyasi mənzərə əhəmiyyətli dərəcədə dəyişib.

“Avropa İttifaqı olaraq biz şaxələndirmə və dayanıqlılığa, xüsusilə də qlobal bazara çıxış imkanlarının genişləndirilməsinə böyük investisiyalar qoymuşuq. Bu kontekstdə Azərbaycan kimi etibarlı təchizatçılarla güclü, qarşılıqlı faydalı tərəfdaşlığın qorunmasına xüsusi əhəmiyyət veririk. Biz Avropa İttifaqında yeni tənzimləyici çərçivə üzərində çalışmışıq. Ən mühüm istiqamətlərdən biri enerji təhlükəsizliyi arxitekturasının yenidən nəzərdən keçirilməsidir ki, əlavə islahatlar qiymətləndirilsin və geosiyasi kontekstdə, qaz təchizatında baş verə biləcək böhranların qarşısı alınsın. Avropa İttifaqının qaz siyasəti asılılıqdan dayanıqlılığa doğru dəyişir”, - deyə Kristina Lobilyo vurğulayıb.

Избранный
26
2
azertag.az

3Источники