RU

Tramp İrandakı silahlı qrupları dəstəkləyəcək

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın İranda hakimiyyətə qarşı silahlı mübarizəyə hazır olan müxalif qüvvələrə dəstək imkanını nəzərdən keçirdiyi bildirilir.

Modern.az xəbər verir ki, “The Wall Street Journal” nəşrinin anonim amerikalı rəsmilərə istinadən yaydığı məlumata görə, Tramp martın 1-də İran–İraq sərhədi boyunca yerləşən silahlı kürd liderlərlə danışıqlar aparıb.

Mənbələrin sözlərinə görə, Vaşinqton Tehranın zəifləməsindən istifadə edə biləcək qüvvələrlə əməkdaşlığa açıqdır, lakin hələlik anti-hökumət qüvvələrinə silah və ya digər yardımın göstərilməsi barədə qərar verilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
1
modern.az

2Источники