II Liqada 16-cı tur davam edir.
Sportinfo.az xəbər verir ki, 3-cü oyun günündə 3 matç keçirilib.
"Xankəndi" "Araz Saatlı"ya qalib gələrək yenidən liderliyə yüksəlib.
"Ağstafa Gəncləri" "Göygöl"lə heç-heçə edib. "Şəki Siti" isə "Ağdaş"a böyük hesabla uduzub.
"Xankəndi” – “Araz Saatlı” 2:1
Qollar: M.Caniyev, 86, E.Hüseynzadə, 89 - X.Bədirov, 90+2
Hakimlər: Rövşən Rəcəbov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Şamil İmanzadə
Palms Sports Futbol Mərkəzi (IV meydança)
“Ağstafa Gəncləri” – “Göygöl” 1:1
Qollar: İ.Allahverdiyev, 84 - F.Məmmədov, 57
Hakimlər: Xəlil Xəlilov, Vüqar Bayramov, Sənan Atayev, Rasim Musayev
Şəmkir OİK stadionu
“Şəki Siti” – “Ağdaş” 1:4
Qollar: N.Fərəci, 3 - Y.Dilanov, 23, 36, O.Xəlilov, 87, 90+2
Hakimlər: Elçin Abdullayev, Ruslan Babayev, Tural Bayramov, Namiq Bəkirov
Zaqatala OİK stadionu
4 mart (çərşənbə)
14:30. “Dinamo” – “Şirvan”
1 mart
15:00. “Quba” – “Kür-Araz" - 0:0
2 mart
15:00. “Qaradağ Lökbatan” – “Şəmkir" - 4:0
