RU

"Araz-Naxçıvan"ın zədəli futbolçusu məşqlərə başladı

Misli Premyer Liqasının 23-cü turunda “Qarabağ”la qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir.

Sportal.az xəbər verir ki, bir müddətdir zədəli olan Urfan Abbasov da fərdi məşqlərə başlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Qarabağ" - "Araz-Naxçıvan" qarşılaşması martın 8-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19:15-də start götürəcək.

saytlarin hazirlanmasi

Избранный
15
1
sportal.az

2Источники