RU

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

Bakı Ali Neft Məktəbində ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş təşkil edilib.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisələrinə qəbul prosesinə həsr olunmuş görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, elm və təhsil nazirinin müavinləri, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri və ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Biliyin qiymətləndirilməsi və ali təhsil müəssisələrinə tələbə qəbulu” mövzusunda geniş təqdimatla çıxış edib. Sədr müasir dövrdə ölçülməsi vacib olan bilik və bacarıqlardan bəhs edib, xüsusilə rəqəmsal savadlılığın qiymətləndirilməsində əsas məqamları diqqətə çatdırıb. Qeyd olunub ki, qəbul prosesi məqsədyönlü və məsuliyyətli təhsil trayektoriyasının başlanğıcı kimi formalaşdırılmalıdır.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında ali təhsil müəssisələri ilə bağlı mövcud problemlərə və həlli yollarına toxunub, bu sahədə gələcək fəaliyyət istiqamətləri barədə də ətraflı məlumat verib. Nazir ali təhsil müəssisələri arasında rəqabət mühitinin gücləndirilməsinin vacibliyini xüsusi vurğulayıb, bunun təhsilin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq reytinqlərdə mövqelərin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.

Görüş qarşılıqlı müzakirə formatında davam etdirilib, mövcud məsələlər ətrafında fikir mübadiləsi aparılıb və təkliflər səsləndirilib.

Избранный
17
15
azerbaijan-news.az

10Источники