RU

İranın ali dini liderini seçən orqana hücum edildi

ain.az bildirir, Hurriyyet portalına istinadən.

İranın ali dini rəhbərini seçən Ekspertlər Şurasının Qum şəhərindəki ofisi zərbəyə məruz qalıb.

Hurriyyet.info  xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayır.

Məlumatda xəsarət alanlar barədə məlumat verilmir.

Xatırladaq ki, İranın ali rəhbəri ayətullah Əli Xamenei ABŞ və İsrailin respublikaya endirdiyi zərbələr zamanı öldürülüb. İran mediasının məlumatına görə, onun oğlu Müctəba Xamenei sağdır.

Fevralın 28-də ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. ABŞ Prezidenti Donald Tramp İrana endirilən zərbələri Tehranın nüvə iddialarından əl çəkmək istəməməsi ilə bağlı "səbrin tükənməsi" ilə izah edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
1
hurriyyet.az

2Источники