RU

Çin diplomatik yolla həllin tərəfdarıdır Van İ

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

Çin İran ətrafındakı münaqişənin diplomatik yolla həllinin tərəfdarıdır.

"Ölkə.az" xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ israilli həmkarı Gideon Saara telefon danışığında bildirib.

"Güc, problemləri həll etməyə həqiqətən qadir deyil; əksinə, o, tez-tez yenilərini yaradır və ciddi nəticələrə yol açır. Hərbi gücün əsl dəyəri döyüş meydanında deyil, müharibənin qarşısını almaqdadır", - Van İ deyib.

Çinin xarici işlər naziri qeyd edib ki, Pekin beynəlxalq və regional məsələlərin dialoq və danışıqlar yolu ilə həllinin tərəfdarıdır və regionda vəziyyətin sabitləşməsində konstruktiv rol oynamağa davam etmək niyyətindədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
3
olke.az

4Источники