RU

Professor İbrahim Cəfərov Qazaxıstan Milli Aqrar Elmlər Akademiyasının Xarici Üzvü seçilib » AzadMedia.az


Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov Qazaxıstan Respublikası Milli Aqrar Elmlər Akademiyasının Xarici Üzvü fəxri adına layiq görülüb.

2024-cü il 31 may tarixində Akademiya üzvlərinin Ümumi Yığıncağında, həmçinin 18 iyun 2024-cü il tarixində Akademiyanın Rəyasət Heyətinin Genişləndirilmiş iclasında yekdilliklə qəbul edilən qərara əsasən, professor İbrahim Cəfərov Akademiyanın “Fitosanitariya və Aqrokimya” şöbəsi üzrə Xarici Üzvü seçilib.
Bu yüksək fəxri ad professor Cəfərovun bitki mühafizəsi və aqrar elmlər sahəsindəki uzunmüddətli və səmərəli elmi fəaliyyətinə verilən dəyərin göstəricisidir. Eyni zamanda, bu nailiyyət Azərbaycan elminin beynəlxalq elmi mühitdə artan nüfuzunun və mövqeyinin daha da möhkəmlənməsinə töhfə verir.
Professorun bu ada layiq görülməsi Azərbaycan ilə Qazaxıstan arasında elmi əməkdaşlığın inkişafına, qarşılıqlı təcrübə və bilik mübadiləsinin genişlənməsinə yeni imkanlar açır. Bu uğur, həmçinin gənc tədqiqatçılar üçün motivasiyaedici nümunə olmaqla, onların beynəlxalq elmi platformalarda fəal iştirakına stimul verir.
Избранный
15
2
azadmedia.az

3Источники