RU

Nurəddin Mehdixanlı: Ölkəmizin zəngin tarixi irsini əks etdirən opera əsərləri daha çox yazılmalıdır

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 mart, AZƏRTAC

“Nəsimi” Azərbaycan opera sənətinin çox gözəl nümunələrindən biridir. Ölkəmizin zəngin ədəbi və tarixi irsini əks etdirən belə opera əsərləri daha çox yazılmalıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib.

Operada Salnaməçi rolunu ifa edən sənətkar gənclərin bu sahəyə maraq göstərməsini yüksək qiymətləndirib.

Xalq artisti deyib: “Bu gün Azərbaycan gənclərinin milli mədəniyyətimizə, ədəbiyyatımıza, sözümüzə, şeirimizə və opera sənətinə maraq göstərməsi çox gözəldir. Bu mədəniyyəti yaradan onların əcdadlarıdır. Əgər gənclər öz əcdadlarının mirasına sahib çıxırlarsa, bu, çox gözəl və sevindirici haldır”, – deyə o vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
1
azertag.az

2Источники