RU

İranın böyük şəhərlərində ard-arda PARTLAYIŞLAR

İranın paytaxtı Tehran yaxınlığında yerləşən Kərəc şəhərində bir neçə güclü partlayış baş verib.

Musavat.com xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Məlumata görə, Kərəcdə ard-arda güclü partlayış səsləri eşidilib. Hadisə nəticəsində dəyən mümkün ziyan və xəsarət alanlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Eyni zamanda, İNA xəbər agentliyi İranın mərkəzində yerləşən Qum şəhərində də partlayışların baş verdiyini bildirib.

"Tasnim" agentliyi isə İranın üçüncü ən böyük şəhəri olan İsfahan və paytaxt Tehranda bir neçə güclü partlayışın qeydə alındığını yazır.

Dağıntı və tələfatla bağlı hələlik rəsmi qurumlar tərəfindən ətraflı məlumat verilməyib.

Musavat.com

Избранный
115
31
musavat.com

10Источники