RU

Əli Xamanei və oğullarının təhsil yolu: Qom seminariyasından akademik fəaliyyətə

İran İslam Respublikasının iki dəqiq və təsdiqlənmiş faktlara əsaslanan məlumatına görə, Əli Xamanei 6 (4 oğlu, 2 qızı) övlad olub.

AzEdu.az Əli Xamanei və oğullarının təhsil həyatını araşdırıb.

Əli Xamanei təhsili dini seminariyada, xüsusən Qom şəhərinin İslam seminariyasında başlayıb. Burada ilahiyyat və şəriət üzrə biliklər əldə edib, həm dini, həm də siyasi və elmi sahələrdə biliklərini genişləndirib.

Oğullarının əksəriyyəti dini təhsil alıb və müxtəlif sahələrdə fəaliyyət göstəriblər. Aşağıda onların hər biri haqqında əsas faktlar təqdim olunur.

Xamaneinin oğulları da atasının izindən gedərək əsasən dini təhsil alıblar:

Mustafa Xamenei Qom seminariyasında islam elmləri və şəriət üzrə təhsil alıb və dini təhsil ilə yanaşı müharibə təcrübəsi də qazanıb.

Müctəba Xamenei ilahiyyat üzrə Qom seminariyasında təhsil alıb və dini biliklərlə yanaşı siyasi dairələrdə təcrübə toplayıb.

Məsud Xamenei həm təhsil alıb, həm də Qom seminariyasında müəllimlik fəaliyyəti göstərir.

Meysəm Xamenei Qom seminariyasında təhsil alıb və atasının əsərlərinin qorunması və nəşr işlərində iştirak edib.

Избранный
22
azedu.az

1Источники