RU

Xizək alpinizmi üzrə Avropa çempionatında ilk qaliblər müəyyənləşdi

Şahdağ Turizm Mərkəzində keçirilən xizək alpinizmi üzrə Avropa çempionatında ilk medalçılar bəlli olub.

90deqiqe.Az xəbər verir ki, U-18 kateqoriyası üzrə sprint yarışlarında kişilər arasında Fransijek Yopek (Çexiya) qızıl medal qazanıb. Matey Petre (Rumıniya) yarışı ikinci pillədə başa vurub, Adam Hubaç (Slovakiya) isə üçüncü olub. Qadınların mübarizəsində Nuria Noqueyra (İspaniya) qalib adını qazanıb. Antonina Rakuş (Polşa) gümüş, Nataliya Bobrovska (Polşa) isə bürünc medala sahib çıxıb.

U-20 kateqoriyasında kişilər arasında Aaron Alvares (İspaniya) finiş xəttini birinci keçib. Marek Foltin (Çexiya) ikinci, Morits Bauregger (Almaniya) üçüncü yeri tutub. Qadınlarda Helena Öringer (Almaniya) qızıl medal qazanıb. Emma Albrext (Avstriya) gümüş, Klara Velepeç (Sloveniya) isə bürünc mükafata layiq görülüb.

Sonda qaliblər mükafatlandırma mərasimində medallarla təltif ediliblər.

Избранный
4
6
90deqiqe.az

7Источники