RU

"Tramp yalan danışır və ölkəmizi sonsuz müharibəyə sürükləyir” - Amerikalı senator

"ABŞ Prezidenti Donald Tramp yalan danışır və Amerikanı sonsuz müharibəyə sürükləyir”.

Missiya.Az xəbər verir ki, bunu amerikalı senator Ed Markey deyib.

“Mən indicə İranla bağlı gizli brifinqdən çıxdım və o, yalnız artıq bildiyimizi təsdiqlədi. Donald Tramp qanunsuz müharibə aparır və onun bunu dayandırmaq üçün heç bir planı yoxdur. Bu gün o, İrana hücum etdiyimizi dedi, çünki onun əvvəlcədən xəbəri var idi, amma biz həqiqəti bilirik”, - deyə siyasətçi vurğulayıb.

Markey qeyd edib ki, Tramp İranın nüvə potensialı haqqında yalan danışır:

“O, İranın raket potensialı haqqında yalan danışır və ABŞ-ni Yaxın Şərqdə başqa bir sonsuz müharibəyə sürükləyir. Tramp tamamilə nəzarətdən çıxıb və amerikalılar onun yalanları üzündən artıq ölüblər", - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Избранный
93
missiya.az

1Источники