RU

Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb

Azercell-in qadınlara qarşı zorakılıqla mübarizə istiqamətində həyata keçirdiyi “Oflayn qadınlar” sosial təşəbbüsü beynəlxalq səviyyədə qiymətləndirilib.

Layihə Londonda keçirilən “The Indie Awards 2026” mükafatlandırma mərasimində “İctimai Rifah” (Public Good Award) kateqoriyasında gümüş mükafata layiq görülüb. Münsiflər heyəti təşəbbüsü yalnız yaradıcı konsepsiyasına görə deyil, eyni zamanda cəmiyyət üçün yaratdığı real və ölçülə bilən sosial təsirə görə də yüksək dəyərləndirib.

Layihə rəqəmsal həllərin aktual sosial problemlərin həllində effektiv rol oynaya biləcəyini nümayiş etdirir. Təşəbbüsün əsas məqsədi zorakılığa məruz qalan və ya risk altında olan qadınlar üçün təhlükəsiz, əlçatan və etibarlı informasiya mühiti formalaşdırmaqdır. oflaynqadinlar.az platforması istifadəçilərə psixoloji, fiziki və iqtisadi zorakılıq hallarında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun atılmalı addımlar barədə sistemli və aydın məlumat təqdim edir.

Platformada hüquqi prosedurlar, psixoloji və sosial dəstək imkanları, maarifləndirici materiallar, eləcə də yardım göstərə biləcək dövlət və qeyri-hökumət qurumları barədə təsdiqlənmiş informasiya yer alır.

Избранный
15
12
publika.az

10Источники