RU

Miss Azerbaijan Malaxovun verilişinə gəlib, cinsi istismara məruz qaldığını dedi

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

1998-ci il "Miss Azərbaycan" mükafatı laureatı, 42 yaşlı aktrisa-müğənni Fatimə Abbasquliyeva yenidən Rusiyanın "Rossiya 1" kanalında yayımlanan "Malaxov" verilişinə çıxıb.

Axşam.az xəbər verir ki, Fatimə Abbasquliyeva səkkiz il aradan sonra aparıcısı Andrey Malaxov olan proqramda Çində cinsi istismara məruz qalmasından danışıb.

Fatimə Çində olarkən şirkətlərdən birindən ona təklif gəldiyini və şou-proqramda səhnəyə çıxacağını düşündüyün deyib. O, 4 gün razılaşdıqları hoteldə qaldığını, özünü bədii rəhbər kimi təqdim edən şəxslə restoranda görüşdüyünü əlavə edib. Lakin o heç bir şou-proqramda çıxış etməmindən şübhələnib. O iddia edib ki, onu cinsi istismara təşvik etmələrindən şübhələnib. Fatimə tanımadığı adamların onu meşəyə aparmağa çalışdığını bildirib. 

Proqrama dəvət olunan ekspertlər Fatimənin yeni albomunun çıxması ərəfəsində diqqəti cəlb etmək üçün belə bir açıqlama verdiyindən şübhələndiklərini bildiriblər.

Onlar həmçinin Çin qanunvericiliyinin sərtliyini qeyd edərək xatırladıblar ki, ölkədə insan alveri və cinsi köləliklə bağlı cinayətlər son dərəcə ciddi şəkildə cəzalandırılır.

Verilişdə Fatimənin Çində eskort xidmətləri göstərdiyini etiraf etdiyi gizli kamera görüntüləri yayımlanıb. Studiyada səs yazısından parçalar nümayiş olunub. Müzakirələr zamanı aktrisa iddialarını təkzib etməyib.

Qeyd edək ki, Fatimə ilk dəfə 2018-ci ildə Malaxovun verilişində çıxış edərək Rusiyanın Xalq artisti, rejissor Mark Rozovski tərəfindən təcavüzə məruz qaldığını iddia etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
axsam.az

1Источники