Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) baş mühasibi Rövşən İsgəndərli işdən çıxarılıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə ŞİH-nin başçısı Taleh Qaraşov əmr imzalayıb.
R.İsgəndərli dövlət qulluğunda çalışmanın son yaş həddi ilə əlaqədar pensiyaya göndərilib.
Qeyd edək ki, Rövşən İsgəndərli 1961-ci ildə anadan olub. O, uzun illər Lənkəran Şəhər İcra Hakimiyyətində işləyib.
Aytac Əliyeva
Telegram kanalımız