RU

Azərbaycan və Avstriya arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Bakı. Trend:

Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsininartırılması, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi,sənaye əməkdaşlığı və s. məsələlər müzakirə olunub.

Trend bubarədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyat nazirinin birinci müavini ElnurƏliyev Avstriyanın İqtisadiyyat, Enerji və Turizm üzrə FederalNazirliyinin Baş katibi Severin Qruber ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli iqtisadiəlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ətrafındamüzakirələr aparılıb. Tərəflər ticarət dövriyyəsinin artırılması,qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi və birgəlayihələrin reallaşdırlması imkanlarını nəzərdən keçiriblər.İşğaldan azad edilmiş ərazilərdə Avstriya şirkətləri iləəməkdaşlıq, sənaye, kənd təsərrüfatı, enerji, o cümlədən bərpaolunan enerji və humanitar sahələrdə tərəfdaşlığın gücləndirilməsiistiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, mövcud potensialdan daha səmərəli istifadə vəişgüzar dairələr arasında birbaşa əlaqələrin təşviqi iqtisadimünasibətlərin daha da dərinləşdirilməsinə töhfə verə bilər.

Məqalədə:
Избранный
136
12
az.trend.az

10Источники