RU

F-35 ilk dəfə “hava-hava” əməliyyatında pilotlu döyüş təyyarəsini vurdu

İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) F-35I “Adir” döyüş təyyarəsi İrana məxsus YAK-130 təlim-döyüş təyyarəsini vurub.

“Poliqon”un xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat paylaşıb.

Bildirilib ki, bu, tarixdə “hava-hava” əməliyyatı çərçivəsində F-35 tərəfindən vurulan ilk pilotlu döyüş təyyarəsidir.

Xatırladaq ki, 2023-cü ilin sentyabr ayında İran Hərbi Hava Qüvvələri Rusiya istehsalı olan Yak-130 təlim-döyüş təyyarələrini təhvil alıb.

Избранный
19
poliqon.az

1Источники