
İrandan atılan ballistik raket Türkiyə ərazisində məhv edilib.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İrandan atılan və İraq, Suriya hava məkanından keçdikdən sonra Türkiyə hava məkanına doğru hərəkət etdiyi aşkarlanan ballistik raket, Şərqi Aralıq dənizində yerləşdirilən NATO müdafiə qüvvələri tərəfindən uğurla məhv edilib.
Qeyd olunub ki, hadisə nəticəsində ölən və yaralanan yoxdur.
Daşqın HəsənovMissiya.Az