RU

Həkimdən xəbərdarlıq: "Bu məhsulları evə almayın"

“Uşaqlarda piylənmənin profilaktikasında ən vacib addımlardan biri zərərli qidaların, ümumiyyətlə, evə alınmamasıdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu 4 mart - Dünya Piylənmə Günü ilə bağlı “İnsagram” sosial şəbəkəsində keçirilən canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə bildirib.

O qeyd edib ki, valideynlərin tez-tez yol verdiyi səhv isə məsuliyyəti uşağın üzərinə qoyaraq sadəcə qadağa tətbiq etmələridir:

“Əgər həmin məhsulu özümüz alıb evə gətiririksə, sonradan uşağa “yemə” demək təsirli olmur. Daha düzgün yanaşma uşağı zərərli qidalarla mümkün qədər az tanış etməkdir. Uşağa cib xərcliyi verib onu təkbaşına marketə göndərdikdə isə adətən sağlam seçim edilmir. 

Uşaq marketdə tərəvəzə deyil, daha çox pizza və oxşar məhsullara üstünlük verir. Buna görə də valideynlər bu cür qidaları almamaqla və uşağın əlçatanlığını məhdudlaşdırmaqla daha doğru mövqe tutmuş olurlar”.

Избранный
106
cebheinfo.az

1Источники