Türkiyənin xarici işlər naziri Hakan Fidanla İranlı həmkarı Abbas Əraqçı arasında telefon danışığı baş tutub.
Far.Az xəbər verir ki, məlumatı "TRT Haber" yayıb.
Qeyd olunub ki, telefon danışığı zamanı Hakan Fidan İrandan atıldıqdan sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən və zərərsizləşdirilən ballistik sursatla bağlı Türkiyənin reaksiyasını qarşı tərəfə çatdırıb.