RU

Pəhləvinin hakimiyyətə yolu bağlıdır: Güney azadlıq istəyir

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İranın sonuncu şahının Amerikada yaşayan oğlu Rza Pəhləvi İslam Respublikasında yaşayan bir sıra xalqlara müraciət edib.

Rza Pəhləvi sosial şəbəkələrdə yaydığı müraciəti İranın Xuzistan, İlam, Kirmanşah, Kürdüstan və Qərbi Azərbaycan vilayətlərində yaşayan kürdlər, lurlar, azərbaycanlılara ünvanlayıb.

Eyni zamanda o, İrandakı Yarsan, Caf, Kalhor, Sancabi və Bəxtiyari tayfalarının da adını çəkib: 

“Mən sizə söz verirəm ki, İranın azadlıqdan sonrakı sabahında din ilə dövlətin ayrılığına əsaslanan, qanunun aliliyinə və bərabər vətəndaş hüquqlarına söykənən bir hakimiyyətin qurulması üçün bütün səylərimi göstərəcəyəm ki, bir daha ayrı-seçkiliyə məruz qalmayasınız. Hər bir iranlı kimi, öz kimliyinizi qoruyaraq azad yaşaya və azad İranın nemətlərindən ədalətli şəkildə bəhrələnə biləsiniz.

Siz İranın tarixi və mədəni bütövlüyünün ayrılmaz parçasısınız, həmişə ölkənin ərazi bütövlüyünün, millətin izzət və şərəfinin keşiyində dayanmısınız. Əminəm ki, bu əhdə bundan sonra da sadiq qalacaqsınız.

Biz bu rejimin süqutu ərəfəsindəyik. Lakin ayıq-sayıq olmalı, həmişə İran torpağına göz dikmiş fürsətçi qüvvələrin mövcud şəraitdən sui-istifadə etməsinə imkan verməməliyik. İnanıram ki, milli iradə və birliklə sizin və hər bir iranlının parlaq sabahı olacaqdır”, - deyə Rza Pəhləvi qeyd edib.

Güney Azərbaycan Millli Oyanış Hərəkatı İdarə Heyətinin üzvü Ağrı Qaradağlı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Rza Pəhləvinin açıqlaması gülünc və absurd səslənir:

“Pəhləvi İranda yaşayan qeyri-fars xalqlara müraciəti onların dəstəyi ilə hakimiyyətə gəlməyə çalışır. Hesab edirəm ki, bu onun öz sözü deyil. Bu sözləri ona dedirtdirənlər var. Amma Rza Pəhləvi dediyi sözlərə özü də inanmır.

Azərbaycan türklərinin məqsədi İranda rejim dəyişikliyi deyil. Bizim məqsədimiz müstəqil və azad olmaqdır. Doğrudur, Azərbaycan türkləri içərisində də Pəhləvi tərəfdarları var. Onların sayı xalqı öz arxasında aparacaq qədər deyil.

Güney Azərbaycan Milli Hərəkatı güclü şəkildə qabağa gedə bilsə, digər kütlələr də onun yolu ilə hərəkət edəcək. Eyni proses ərəblərə, bəlluclara və digər xalqlara da aiddir. Hazırda Bəllucistanın öz müstəqilliyinə qovuşması üçün real fürsət yaranıb.

Bəllucistan Pakistanla həmsərhəd ərazidə yerləşdiyinə və sərhədin o tayındakı bəllucların muxtariyyət statusu olduğuna görə İrandan ayrılıb öz soydaşları ilə birləşəcəklər. Rza Pəhləvinin fars toplumunda müəyyən tərəfdarları var. 

Lakin bu, onun hakimiyyətə gəlməsi üçün yetərli deyil. Hakimiyyəti ələ almaq üçün bir sıra şərtlər lazımdır. ABŞ və Prezident Tramp da bunları gördü. Ona görə də Tramp bildirdi ki, Rza Pəhləvinin bəlkə, müəyyən tərəfdarları ola bilər.

Amma bu, onun hakimiyyətə gəlməsi üçün əsas yaratmır. Məncə, ABŞ İranda sistemin daxilindən kiminləsə anlaşmaq və öz maraqlarına uyğun birini hakimiyyətə gətirmək istəyir. 

İsrailin planları isə fərqlidir. İsrail İranda rejim dəyişikliyinə nail olmağa, yəni “Yeni Yaxın Şərq” layihəsini həyata keçirməyə və İranı parçalamağa çalışır. 

Amma bu parçalanmadan Güney Azərbaycana nə çatacaq? Görünür ki, İsrail krüd terror qruplarını dəstəkləyir və onlarla birlikdə hərəkət edir. Bu da türk dövlətlərinin ortaq hərəkət etməli olan bir məsələdir. Urmiya bölgəsində kürdlərin yolunu açmaq üçün sərhəddəki polis məntəqələrini və hərbi hissələri vurur. 

Düşünürəm ki, terror qrupları sərhədi keçərsə, Türkiyənin vəziyyətə müdaxilə etmək hüququ var. Türkiyə öz sərhədlərinin və Güney Azərbaycan türklərinin təhlükəsizliyini təmin etmək üçün İrana qoşun yeridə bilər. Bu, Türkiyə dövlətinin istəyindən asılıdır”. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Açar sözlər:

Rza Pəhləvi Ağrı Qaradağlı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
129
1
cebheinfo.az

2Источники