"Mançester Yunayted"in gənc yarımmüdafiəçisi Cek Fletçer rəqibini təhqir etdiyi üçün ağır cəzaya məruz qalıb.
QOL.az xəbər verir ki, 18 yaşlı futbolçu Futbol Liqası Kuboku çərçivəsində keçirilən "Barnsli" ilə matçda (2:5) qırmızı vərəqə alaraq meydandan qovulub. O, rəqibin ona qarşı kobud oyunundan sonra sərt ifadə ilə reaksiya verdiyi üçün 6 oyunluq diskvalifikasiya olunub.
Futbolçu 6 oyunluq cəza ilə yanaşı, 1500 funt sterlinq məbləğində cərimələnib və xüsusi təhsil proqramına cəlb olunub.
Qeyd edək ki, Cek Fletçer bu mövsüm "Mançester Yunayted"in əsas komandasında 3 oyunda meydana çıxıb.