RU

Tibb bacısı poliklinikada QƏTLƏ YETİRİLDİ – 6 uşaq YETİM QALDI – FOTO

Rusiyada keçmiş məhkum tibb bacısını poliklinikada qətlə yetirib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyanın Sverdlovsk vilayətinin Reftinski qəsəbəsində sarsıdıcı qətl hadisəsi baş verib. 41 yaşlı keçmiş məhkum 38 yaşlı keçmiş həyat yoldaşını çalışdığı poliklinikada vəhşicəsinə qətlə yetirib.

Tibb bacısı olan qadın iş yerində olduğu zaman keçmiş əri tərəfindən bıçaqlanıb.

Cinayəti törətdikdən sonra qaçmağa çalışan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Dindirilmə zamanı o, qadını ondan boşandığı üçün qətlə yetirdiyini etiraf edib.

Məlum olub ki, cinayətkar əvvəllər də oğurluq, qəsdən adam öldürmə və avtomobil qaçırma kimi ağır cinayətlərə görə bir neçə dəfə məhkumluq həyatı yaşayıb.

Cinayətkarın əlindəki “Küləklər gülü” (Роза ветров) döyməsi isə onun hüquq-mühafizə orqanlarına olan nifrətini simvolizə edir.

Vəhşicəsinə qətlə yetirilən qadının 6 azyaşlı övladı qalıb. Uşaqlar hazırda mərhumun bacısının himayəsinə verilib. Cinayətkarı 15 ilə qədər həbs cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
139
interpress.az

1Источники