RU

Baş nazirin müavini İranın yol və şəhərsalma nazirinə başsağlığı verib

Azərbaycan Respublikası Baş nazirinin müavini və Azərbaycan-İran Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqiyə zəng edib.

Musavat.com İran mediasına istinadən xəbər verir ki, Ş.Mustafayev telefon danışığı zamanı İslam İnqilabının Ali Rəhbərinin və çox sayda İran vətəndaşının şəhadəti ilə bağlı başsağlığı verib. Ş.Mustafayev bu ağır itki ilə əlaqədar İran xalqı və dövləti ilə həmrəy olduğunu və onların kədərini bölüşdüyünü ifadə edib.

Telefon danışığı əsnasında həmçinin iki ölkə arasında keçirilmiş Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının son iclasında əldə olunmuş razılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb və lazımi koordinasiya məsələləri müzakirə edilib.

Nigar Həsənli
Musavat.com

 

Избранный
20
11
musavat.com

10Источники