RU

Xətaidə çökmənin ətrafdakı evlərə yaratdığı TƏHLÜKƏVİDEO

Kollektorda baş verən qəza səbəbindən yaranan çuxur genişlənir, ətrafda yerləşən tikililər üçün təhlükə getdikcə daha da artır...

Xezerxeber.az xəbər verir ki, paytaxtın Xətai rayonu Şahin Səmədov küçəsi, Döngə 1 ünvanında yerləşən fərdi evin həyətində baş verən çökmədən bir neçə gün keçsə də, sakinlər problemin həlli üçün hələ ki konkret addımlar atılmadığını deyirlər.

Baş verən hadisədən sonra aidiyyəti qurumun əməkdaşları əraziyə bir neçə dəfə baxış keçiriblər və ev sahiblərinə vəziyyətin ciddi olduğu bildirilib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən “Xəzər Xəbər”ə bildirildi ki, müvafiq qurumlarla birgə akt tərtib olunaraq kollektorun üzərində qeyri-qanuni tikilən fərdi yaşayış evlərinin sakinlərinə təqdim edilib. Onlara həmin evlərdə yaşamağın təhlükəli olduğu ətraflı şəkildə izah edilib. Sakinlər ərazini tərk etsələr də, təqdim olunan bildirişləri götürmək istəmirlər. Birinci gün təkrarən bu dəfə rayon icra başçısının müavininin iştirakı ilə əraziyə yenidən baxış keçirilərək vətəndaşlara vəziyyətlə bağlı ətraflı izahatlar verilib. Bundan başqa, çöküntü olan evdən 60 metr aralıda yeni yaşayış evinin tikintisi dayandırılıb. İndiki vəziyyətdə ərazidə evlər olduğu halda kollektorun təmir-bərpa olunması mümkünsüzdür. Xidmətin işi qəzanı aradan qaldırmaq, kollektorun fəaliyyətini bərpa etməkdir. Bu işləri görmək üçün şərait yaradılmalıdır",- deyə qurumdan bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
21
xezerxeber.az

1Источники