RU

Ərbilə İranın gecə hücumu: ABŞ bazasına dron zərbəsi, C-RAM sistemi aciz qaldı - Video

Ərbildə yerləşən ABŞ hərbi bazasına pilotsuz uçuş aparatının zərbə endirdiyi anın videogörüntüləri yayılıb.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda gecə saatlarında bazanın hava hücumundan müdafiə sistemi olan C-RAM kompleksinin ardıcıl atəş açdığı görünür. Lakin intensiv atəşə baxmayaraq, sistemin hücum edən dronu zərərsizləşdirməkdə uğursuz olduğu və pilotsuz aparatın hədəfə doğru hərəkətini davam etdirdiyi müşahidə olunur.

Videoda gecə səmasında ard-arda açılan atəşlərin izləri aydın görünür. Bu atəşlər ABŞ bazalarının müdafiəsində istifadə olunan C-RAM sisteminin fəaliyyəti ilə bağlıdır. Sistem adətən raket, minaatan mərmisi və dron kimi hədəfləri havada məhv etmək üçün tətbiq edilir.

Lakin yayılan görüntülərdən belə qənaət yaranır ki, bu dəfə sistem hücumu vaxtında dayandıra bilməyib. Pilotsuz uçuş aparatı İraqın Ərbil şəhəri yaxınlığında yerləşən ABŞ hərbi obyektinə doğru hərəkətini davam etdirərək zərbə endirib.

 

Musavat.com

Избранный
54
50
musavat.com

10Источники