RU

Tehran sarsılır: ABŞ və İsrail paytaxta şiddətli zərbələr endirir - Video

Tehran bu gecə ard-arda partlayış səsləri ilə sarsılır.

Musavat.com xəbər verir ki, ABŞ və İsrail İranın hərbi infrastrukturu və obyektlərinə qarşı genişmiqyaslı əməliyyatı davam etdirir.

Yerli media və hadisə şahidlərinin məlumatına görə, paytaxtın müxtəlif rayonlarında güclü partlayışlar eşidilib. Bildirilir ki, zərbələr əsasən SEPAH-a məxsus hərbi bazalara, silah anbarlarına və komanda məntəqələrinə endirilib.

Məlumatlara əsasən, hücumların məqsədi İranın hərbi potensialını zəiflətmək və regionda davam edən qarşıdurma fonunda strateji hədəfləri sıradan çıxarmaqdır. Bəzi mənbələr Tehranın üzərində pilotsuz uçuş aparatlarının və raketlərin aktiv istifadə edildiyini qeyd edir.

 

Musavat.com

Избранный
84
17
musavat.com

10Источники