RU

Tokio Pekinin hərbi xərcləri artırmaq qərarına sərt reaksiya verib

Tokio Pekinin hərbi xərcləri artırmaq qərarına sərt reaksiya verib

Yaponiya hökuməti Çinin 2026-cı il üçün müdafiə xərclərini 7% artırmaq qərarını pisləyib.

AFN.az Yaponiya mediasına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin rəhbəri Minoru Kihara Tokioda keçirdiyi mətbuat konfransında rəsmi Pekini hərbi gücünü qeyri-şəffaf şəkildə və sürətlə artırmaqda ittiham edib.

Çin parlamentinin sessiyasında təqdim olunan sənədə əsasən, ölkənin hərbi büdcəsi təxminən 277 milyard dollara (1 909,561 mlrd yuan) çatdırılacaq. Bununla yanaşı, ictimai təhlükəsizlik xərclərinin də ötən illə müqayisədə 5,9% artırılması nəzərdə tutulur.

Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər Yaponiya Baş naziri Sanae Takaitinin Tayvan böhranı ilə bağlı güc tətbiqini istisna etməyən bəyanatından sonra kəskin pisləşib. Pekin bu açıqlamanı daxili işlərinə müdaxilə və birbaşa təhdid kimi qiymətləndirərək, Yaponiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib və diplomatik təmasları məhdudlaşdırıb.

Избранный
113
afn.az

1Источники