RU

Məşhur makler “Bibi” vəfat etdi

Əmlak bazarında və sosial şəbəkələrdə “Bibi” ləqəbi ilə tanınan Zeynəb Qaraşova vəfat edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Yeni Sabah" məlumat yayıb. Bildirilir ki, Zeynəb Qaraşova bir müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş və bu səbəbdən dünyasını dəyişib.
 
Qeyd edək ki, əmlakçı Zeynəb xanım xüsusilə “TikTok” platformasında rəqs edərək ev təqdim etməsi ilə geniş tanınmışdı. O, bu qeyri-adi təqdimat üslubu sayəsində qısa müddətdə sosial şəbəkələrdə böyük populyarlıq qazanaraq fenomenə çevrilmişdi.
 
Onun videoları minlərlə istifadəçi tərəfindən izlənilir və paylaşılırdı.
 
Allah rəhmət etsin.
 
Избранный
22
1
moderator.az

2Источники