RU

Piylənmədən əziyyət çəkən uşaqların sayı durmadan artır

Növbəti 14 ildə dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çatacaq.

AzEdu.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti Ümumdünya Piylənmə Federasiyasının (ÜPF) yeni hesabatına istinadən məlumat yayıb.

Bildirilib ki, ən çox risk altından olanlar beş yaşdan 19 yaşa qədər uşaqlar və yeniyetmələrdir. Təşkilatın proqnozlarına görə, 2040-cı ilə qədər dünyada 500 milyondan çox uşaq artıq çəkili olacaq.

ÜPF-nin icraçı direktoru Coanna Ralston bildirib ki, uşaqlıq dövründə piylənmənin artması dünyanın bu xəstəliyi ciddiyə almadığını göstərir:

"Bütün bir nəsli piylənməyə və tez-tez onunla əlaqəli olan xroniki, potensial olaraq ölümcül olmayan yoluxucu xəstəliklərə məhkum etmək səhvdir", - deyə o əlavə edib.

Məlumata görə, piylənmədən ən çox əziyyət çəkən uşaqlar əsasən Sakit okeanın qərbində və Amerika qitələrində yerləşən ölkələrdə yaşayırlar. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin statistikasına əsasən, dünyada təxminən 180 milyon uşaq bu problemdən əziyyət çəkib.

Избранный
37
1
azedu.az

2Источники