PSJ-nin baş məşqçisi Luis Enrike ikinci dəfə “Barselona”ya qayıda bilər.

Offsideplus.az “El Nacional”a istinadən verir ki, mütəxəssis 2027-ci ildə sabiq komandasına qayıda bilər. Enrikenin özünün bunda maraqlı olduğu deyilir.

Qeyd edək ki, Luis Enrike əvvəllər 2014-cü ildən 2017-ci ilə qədər Kataloniya klubunun baş məşqçisi vəzifəsində çalışıb.