ABŞ və İsrail qüvvələri gecə saatlarında Tehrana ağır zərbələr endirib.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, Tehranın Cənnətabad və Tehransər bölgələrində güclü partlayışlar baş verib.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb.
Martın 2-də isə Hizbullah İsrailə qarşı müharibəyə başladığını elan edib. Buna cavab olaraq, İsrail qruplaşmanın mövqelərinə zərbələr endirib və Livanda quru əməliyyatlarına başlayıb.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта