RU

ÇL-də hamını arxada qoydu

Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyada “Atletiko”nun hücumçusu Aleksandr Sörlot qalib gəlib. O, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində 1-ci yeri tutub.

Xatırladaq ki, norveçli “Brügge” ilə matçda (4:1) het-trik edərək komandasının 1/8 finala yüksəlməsində əsas pay sahibi olub. Həftənin ən yaxşı oyunçusu adına namizədlərin siyahısına Kasper Hoq (Bude/Qlimt), Orelyen Çuameni (Real) və Viktor Osimhen (Qalatasaray) də daxil idi.

Избранный
105
1
football-plus.az

2Источники