RU

Qazaxıstanın Energetika Nazirliyi “Shell” şirkəti ilə müqavilə imzalayıb

Astana, 5 mart, AZƏRTAC

Qazaxıstanın Energetika Nazirliyi “Shell Qazaxıstan” şirkəti ilə Aktobe bölgəsindəki “Janaturmıs” yatağında geoloji kəşfiyyat aparılmasına dair müqavilə imzalayıb.

AZƏRTAC Qazaxıstan Energetika Nazirliyinə istinadla xəbər verir ki, sənədi energetika nazirinin müavini Yerlan Akbarov və “Shell Qazaxıstan” şirkətinin baş vitse-prezidenti və sədri Suzanna Kuqan imzalayıblar.

Müqavilə seysmik kəşfiyyat, məlumatların toplanması və texniki qiymətləndirməni əhatə edir. Qeyd olunub ki, 1377 kvadrat kilometr ərazini əhatə edən “Janaturmıs” yatağı Qazaxıstanın ən perspektivli neft və qaz hövzələrindən birində yerləşir. Müqavilədə 3D seysmik tədqiqatlar və dərin kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur. İmzalanan sənəd 2032-ci ilə qədər qüvvədə olacaq.

“Bu layihə ölkənin enerji təhlükəsizliyini gücləndirmək üçün uzunmüddətli karbohidrogen ehtiyatları bazasının formalaşmasına töhfə verir”, - deyə Yerlan Akbarov qeyd edib.

 
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Избранный
35
1
azertag.az

2Источники