RU

Azərbaycandan Ermənistana neft məhsulları və Rusiya gübrəsi yola salınıb

Bakı. Trend:

Azərbaycandan Ermənistana neft məhsullarının və Rusiyagübrəsinin tədarükü davam edir.

Trend xəbərverir ki, 1984 ton dizel yanacağı daşıyan 31 vaqon və 135 tonRusiya gübrəsi yüklənmiş 2 vaqon “Azərbaycan Dəmir Yolları” QSC-ninBiləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yolasalınıb. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistanaçatdırılacaq.

Bildirilir ki, Rusiya gübrəsi Azərbaycandan tranzit vasitəsiləErmənistana göndərilir.

Qeyd edək ki, sonuncu dəfə fevralın 25-də AzərbaycandanErmənistana 4500 ton dizel yanacağı daşıyan 39 çən vaqonu yolasalınıb. Bundan əvvəl isə yanvarın 11-də 979 ton “Aİ-92” markalıavtomobil benzini yüklənmiş 18 vaqon Ermənistana göndərilib.Yanvarın 9-da isə ümumilikdə 2698 ton neft məhsulu tədarük edilib.Həmin yüklərə 1742 ton “Aİ-95” markalı benzin və 956 ton dizelyanacağı daxil olub.

Xatırladaq ki, Ermənistana yanacaq ixracına 2025-ci il dekabrın18-də başlanılıb. Həmin gün bu ölkəyə 1220 ton “Aİ-95” markalıavtomobil benzini göndərilib.

Bu daşımalar Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrındaimzaladığı qərara əsasən həyata keçirilir. Həmin qərarla işğaldövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərintranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb və buistiqamətdə daşımaların həyata keçirilməsinə imkan yaradılıb.

Избранный
121
1
az.trend.az

10Источники