Bülbülədə məsciddə yatan şəxsi qətlə yetirməkdə təqsirləndirilən Elvin Məmmədov 17 il azadlıqdan məhrum edilib.
Aznews.az xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Qeyd edək ki, hadisə ötən il Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən "İmamzadə" məscidində baş verib. 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla Nadir Səfərovun, 1996-ci il təvəllüdlü Elvin Məmmədov tərəfindən bıçaqla xəsarətlər yetirilərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.