RU

ANS-in keçmiş aparcısı TƏBİB rəbərliyi ilə əlaqələrinə dair İDDİALARA CAVAB VERDİ

Bu yaxınlarda ANS-in keçmiş aparıcısı Qənirə Ataşovanın Azərbaycan səhiyyəsi, həkimlərlə bağlı yazdığı tənqidlərin TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanovun sifarişi ilə qələmə aldığına dair xəbərlər tirajlanıb.

New365.az xəbər verir ki, Qənirə Ataşova sözgedən iddialara cavab verib.

"Son günlər yenidən bəzi Azərbaycan mediasında və sosial şəbəkələrin Azərbaycan seqmentində mənim adımın hallandırıldığını görürəm. Açığı, buna cavab verməmək də olardı, amma görünür bəzi məqamları xatırlatmaq lazımdır. TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanov vəzifəsindən çıxarılıb. Əgər kimlərsə ona qarşı qara piar aparmaq istəyirsə, bu artıq onların seçimidir. Amma bu prosesdə mənim adımı istifadə etmək doğru yanaşma deyil.

Mən jurnalist olaraq müəyyən araşdırmalar aparmışam. Bu araşdırmaların doğru olduğunu isə sonradan baş verən hadisələr və rəsmi açıqlamalar da təsdiqlədi. Hətta səhiyyə naziri Teymur Musayev özü də səhiyyə sistemində saxta diplom və saxta sertifikatlarla bağlı problemlərin olduğunu etiraf etdi, bu istiqamətdə araşdırmalar aparıldığını və məsul şəxslərin cəzalandırıldığını bildirdi. Belə olan halda mənim araşdırmalarımı bu gün şübhə altına almağa çalışmaq ən azı məntiqsiz görünür. Çünki ortada artıq fakt var və həmin faktların mövcudluğu dövlət orqanları tərəfindən təsdiqlənib.

Məndə belə bir təəssürat yaranır ki, bu mövzuda yazılan bəzi “məqalələr” əslində təkcə mənə deyil, dolayısı ilə nazirin öz açıqlamalarına da kölgə salmaq məqsədi daşıyır. Maraqlıdır ki, həmin yazılarda söz oyunu quraraq sanki belə bir fikir formalaşdırmağa cəhd edilir ki, niyə yerli mediyada yazılan deyil, okeanın o tayından edilən araşdırmalar ciddiyə alınır. Burada günahkar mən deyiləm. Kaş ki bütün jurnalist araşdırmaları dövlət strukturları tərəfindən ciddiyə alınardı. Çünki jurnalistikanın məqsədi də məhz budur – şaiə yaymaq yox, faktı üzə çıxarmaq.

Biz jurnalistlər araşdırmalarımızı o qədər dərindən və məsuliyyətlə aparmalıyıq ki, dövlət qurumları qarşısında artıq şaiə yox, fakt dayansın. Mən belə başa düşürəm ki, keçmiş TƏBİB rəhbərinə qarşı qara piar aparılır. Üstəlik dünyada da kifayət qədər böyük hadisələr baş verir – ABŞ İranı bombalayır. Yəqin mən də Amerikada olduğum üçün Səhiyyə nazirliyinin gəmisində oturub bu xəbərləri istehsal edən diplomsuz qeyri peşəkarların yadına düşmüşəm. Alllah məni və nazir Teymur Musayevi belələrindən qorusun", - Qənirə Ataşova bildirib.
Избранный
35
news365.az

1Источники