RU

İrana sızmağa çalışan terrorçular zərərsizləşdirildi

İran qoşunları ölkənin qərb sərhədindən ölkəyə sızmağa çalışan terrorçu qruplara qarşı qabaqlayıcı zərbə endirib.

"Unikal" xəbər verir ki, bu barədə İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi məlumat yayıb. 

"Amerika-sionist düşmənin dəstəyi ilə və hərbi vəziyyətdən istifadə edərək terrorçu separatçı qruplar ölkənin qərb sərhədlərinə nüfuz etməyi və şəhər və sərhəd ərazilərində terror hücumları törətməyi planlaşdırırdılar. Lakin Kəşfiyyat Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusunun birgə profilaktik əməliyyatı nəticəsində bu muzdluların mövqelərinin əhəmiyyətli bir hissəsi məhv edildi", - deyə nazirlik bildirib.

Gülayə Mecid 

Избранный
9
unikal.az

1Источники