RU

Binə Atçılıq Mərkəzində Türkmənistanın “Galkynyş” qrupunun möhtəşəm şousu keçirilib - FOTO

Binə Atçılıq Mərkəzində Türkmənistanın əfsanəvi “Galkynyş” (Dirçəliş) milli atüstü oyunlar qrupu möhtəşəm şou proqramı ilə çıxış edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə məşhur Ahal-təkə atları üzərində mürəkkəb tryuklar nümayiş etdirilib.

Monte-Karlo Beynəlxalq Sirk Sənəti Festivalının qalibi olan qrup Bakıdakı ilk çıxışında mükəmməl sinxronluq və yüksək peşəkarlıq səviyyəsi ilə tamaşaçıların böyük rəğbətini qazanıb. Şouda həmçinin akrobatların və müxtəlif janr artistlərinin rəngarəng nömrələri təqdim olunub.

Proqramın sonunda hər iki ölkənin dövlət bayraqlarının at üzərində səhnəyə gətirilməsi iki xalq arasındakı qardaşlıq münasibətlərinin rəmzi kimi yadda qalıb.

İdman.Biz
Избранный
34
1
idman.biz

2Источники