RU

İsrailə raket buraxmağa hazırlaşan İran qurğusu belə məhv edildi ANBAAN VİDEO

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrail ordusu İranın Qum bölgəsi yaxınlığında ballistik raketlərin buraxılması üçün qurğunu məhv edib.Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.Raket buraxan qurğunun İsrail ərazisinə zərbələr endirməyə hazırlaşdığı iddia edilir.

 

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb.

Martın 2-də isə Hizbullah İsrailə qarşı müharibəyə başladığını elan edib. Buna cavab olaraq, İsrail qruplaşmanın mövqelərinə zərbələr endirib və Livanda quru əməliyyatlarına başlayıb.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
26
bizim.media

10Источники