RU

ABŞ İranın Türkiyədəki hərbi bazasını məhv etmək istədiyindən şübhələnir

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

ABŞ ordusu İranın Türkiyənin cənubundakı İncirlik hava bazasına ballistik raket zərbəsi endirmək niyyətində olduğuna inanır.

Redaktor.az xəbər verir ki, bu barədə "The New York Times" hərbi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, 4 martda İran raketi İraq və Suriya hava məkanı üzərindən uçaraq Türkiyə yaxınlığında Aralıq dənizində ələ keçirilib. Raket Amerika SM-3 raketi ilə "Oskar Ostin" esminesi tərəfindən vurulub və qalıqları Hatay əyalətinə düşüb, xəsarət alan olmayıb.

NYT xatırladır ki, Türkiyə NATO üzvüdür və əgər ona hücum olunsaydı, alyansın digər 32 üzvü də münaqişəyə cəlb olunacaqdı.

Qeyd edək ki, İncirlik Hava Bazası Adana şəhəri yaxınlığında yerləşir və ABŞ ilə NATO Hərbi Hava Qüvvələrinin Avropadakı şərq bazasıdır. Baza 1950-ci illərin ortalarında yaradılıb və sonradan Türkiyə Hərbi Hava Qüvvələrinin 10-cu əsas bazasına çevrilib.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
99
1
redaktor.az

2Источники