Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakıda yolu keçmək istəyən qadın yanındakı azyaşlı övladı ilə birlikdə özünü təhlükəyə atıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Nəsib bəy Yusifbəyli küçəsində qeydə alınıb. Belə ki, yanında azyaşlı olan qadın sola baxmadan yolu keçməyə çalışıb. Bu zaman o, həm özünü, həm də övladını təhlükəyə atıb.
Qeyd edək ki, 30 metr irəlidə yolu rahat və təhlükəsiz keçmək üçün svetoforla nizamlanan piyada keçidi də var. Sadəcə qadın məsafəni qısaltmaq üçün özünü risk altına atıb. Çox təəssüf ki, azyaşlılar da valideynlərinə baxaraq gələcəkdə eyni səhvləri təkrarlayacaqlar. Bu isə onların həyat və sağlamlığı üçün təhlükəyə çevriləcək.
Fərid
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.