RU

Masallıda vətəndaş qəbulu keçirildi – deputat Məşhur Məmmədov sakinlərin müraciətlərini dinlədi » AzadMedia.az


Milli Məclisin deputatı Məşhur Məmmədov tərəfindən növbəti vətəndaş qəbulu təşkil olunub. Qəbul Yeni Azərbaycan Partiyasının Masallı rayonu inzibati binasında keçirilib.

Görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev də iştirak edib. Qəbul zamanı rayon sakinləri müxtəlif sosial, məişət və digər məsələlərlə bağlı deputata müraciətlərini çatdırıblar.

Deputat Məşhur Məmmədov hər bir vətəndaşı fərdi qaydada dinləyərək onların qaldırdıqları məsələlərlə yaxından maraqlanıb. Səsləndirilən müraciətlərin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib və aidiyyəti qurumlara yönləndirilməsi üçün köməkçilərə tapşırıqlar verilib.

Görüş zamanı vətəndaşların problemlərinin operativ şəkildə araşdırılması və onların həlli istiqamətində zəruri addımların atılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, seçicilərlə mütəmadi görüşlər keçirilməsi onların qayğı və problemlərinin daha yaxından öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Qəbul zamanı sakinlər göstərilən diqqət və həssas münasibətə görə deputata təşəkkürlərini ifadə ediblər.
Deputat Məşhur Məmmədov qeyd edib ki, vətəndaş müraciətlərinin dinlənilməsi və onların həlli istiqamətində müvafiq addımların atılması daim diqqət mərkəzində saxlanılır və seçicilərlə belə qəbul-görüşlər bundan sonra da davam etdiriləcək.
Избранный
90
1
azadmedia.az

2Источники