RU

Qəbələdə fortepiano və tar ixtisasları üzrə ustad dərsləri keçirilib

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə martın 4-də Qəbələ şəhər Uşaq incəsənət məktəbində ustad dərsləri keçirilib.

“İki sahil” xəbər verir ki, fortepiano ilə tar ixtisaslarını əhatə edən ustad dərslərində Qəbələ və Oğuz rayonlarında fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müvafiq ixtisaslar üzrə müəllim və şagirdləri iştirak edib.

Tədbirdə iştirak edən MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova bildirib ki, ustad dərsləri şagird və müəllimlərin müvafiq ixtisaslar üzrə nəzəri və praktiki biliklərinin artırılmasına şərait yaratmaqla yanaşı, müəllimlərin müasir tədris metodlarına yiyələnməsi baxımından da əhəmiyyətlidir.

Vurğulanıb ki, bu qəbildən ustad dərsləri Mədəniyyət Nazirliyi sistemindəki musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsinə, müəllimlərin pedaqoji fəaliyyətində səmərəliliyin artırılmasına öz töhfəsini verir.

Sonra L.Kərimova MEMİM tərəfindən tərtib olunan “Asəf Zeynallı. Seçilmiş əsərlər” kitabını məktəbin kitabxanasına hədiyyə edib.

Fortepiano ixtisası üzrə ustad dərsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano, orqan və klavesin kafedrasının müdiri Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Afaq Rüstəmova, tar ixtisası üzrə ustad dərsi isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Xalq çalğı alətləri ifaçılığı kafedrasının müdiri Əməkdar müəllim, dosent Umud İbrahimov tərəfindən aparılıb.

Təcrübəli pedaqoqlar şagirdlərin çalğısı üzərindən musiqi alətinin ifa texnikası və diqqət yetirilməli məqamlardan danışıb, öz tövsiyələrini veriblər.

Избранный
7
4
ikisahil.az

5Источники