RU

Energetika naziri Ağsuda vətəndaşlarla görüşəcək

Bakı, 5 mart, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov martın 19-da Ağsu, Şamaxı, Göyçay, İsmayıllı, Kürdəmir rayonlarından olan vətəndaşlarla görüşəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş saat 11:00-dan başlayaraq Ağsu rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ0600, Ağsu şəhəri, Azərbaycan küçəsi, 25) keçiriləcək.

Görüşə gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974 - Çağrı Mərkəzi”, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: [email protected]) və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialı (əlaqələndirici şəxs: Asim Məmmədov, əlaqə telefonu: (050) 378-28-46, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də görüş üçün müraciət etmək mümkündür.

Избранный
10
8
azertag.az

10Источники