RU

İran Naxçıvanı niyə vurdu? - AÇIQLAMA

İran bu gün Naxçıvan hava limanına dron hücumu həyata keçirib və hadisə nəticəsində iki mülki şəxs yaralanıb. Hadisə ilə bağlı İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb və xəbərdarlıq edilib ki, Azərbaycan tərəfi İranın Naxçıvana dron hücumu ilə bağlı müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Bundan əlavə Müdafiə Nazirliyi də öz növbəsində hadisəyə münasibət bildirərək qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq.  Hadisə ilə bağlı Missiya.Az-a açıqlama verən siyasi analitik Asif Nərimanlı bildirib ki, İran rejiminin “Şahid” PUA-ları ilə Naxçıvan hava limanına hücumunun iki hədəfi var: “İran rejimi müharibəni regional müstəviyə yayırlar. Region ölkələrində mülki obyektlərə - hava limanları, enerji infrastrukturu və otellərə hücum edən İran rejimi müharibə arealını genişləndirməklə ABŞ və İsrailin hücumlarına qarşı müxalif mövqeyi gücləndirəcəyini hesab edir. Əsasən Körfəz ölkələrini hədəfə alan İranın dünən Türkiyəyə, bu gün isə Azərbaycana hücum etməsi müharibəni Yaxın Şərqdən sonra bizim regionumuza da köçürmək planının tərkib hissəsidir”. Asif Nərimanlı qeyd edib ki, Naxçıvan hava limanına – strateji nöqtəyə hücum Azərbaycana qarşı birbaşa təhdid xarakteri daşıyır: “Bu hücumun indi – Prezident İlham Əliyevin İran səfirliyini ziyarət etməsi və dini liderin ölümünə görə başsağlığı verməsindən bir gün sonra baş verməsi molla rejiminin mahiyyətini ortaya qoyur. Və bir daha əminlik yaranır ki, molla rejimi təkcə İran xalqı üçün yox, həm də bütün region üçün təhlükə mənbəyidir”, deyə o əlavə edib. Daşqın Həsənov Missiya.Az

Избранный
34
2
missiya.az

3Источники